"Arsenal" türkiyəli futolçudan əl çəkmir

"Arsenal" klubu türkiyəli ulduz futbolçunun transferində maraqlıdır.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, hazırda "Yuventus" klubunda çıxış edən Kənan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər. 

"Arsenal" klubu gənc ulduz üçün İtaliya komandasına 80 milyon avro təklif edəcək.

Qeyd edək ki, Kənan Yıldızın "Arsenal"a keçidi gerçəkləşsə bu Türkiyə futbolu tarixində Avropa klulbuna transfer olunan ən bahalı futbolçu olacaq.