"Arsenal" üçün göz yaşı tökdü
"Çelsi"nin ukraynalı hücumçusu Mixaylo Mudrik "Arsenal"a keçmək üçün göz yaşı töküb.
Sportline.az "The Athleticə"ə istinadla xəbər verir ki, gənc forvard 2023-cü ilin qışında “topçular”ın düşərgəsində olan bir şəxslə telefonda danışarkən ağlayıb.
Mənbənin sözlərinə görə, ukraynalı futbolçu bu yolla “Arsenal’ı qış transfer pəncərəsində onunla müqavilə imzalamağa razı salmağa çalışsa da, sonradan “Çelsi”də qalmalı olub.
Qeyd edək ki, “Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Mudrikin bu klubda uğurlu olmaq üçün yetəri qədər futbol zəkasının olmadığını bildirmişdi.
Elə “Çelsi” rəhbərliyi də oyunçunun performansından məmnun deyil.
Buna görə, klub yayda Mudriklə yolları ayırmaq istəyir.