"Arsenal"dan Gyökeres həmləsi

"Arsenal" "Sportinq"in isveçli futbolçusu Viktor Gyökeresi transfer etmək istəyir.

Sportline.az "Correio de Manha" nəşrinə istinadən xəbər verir ki, London klubu mövsümün sonunda Gyökeres üçün "Sportinq"ə rəsmi təklif göndərəcək.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta 26 yaşlı forvardı komandasında görmək istəyir.

Qeyd edək ki, Gyökeresin transfer qiyməti 75 milyon avro olaraq təyin olunub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 40 qol və 10 məhsuldar ötürmə müəllifi olub.