"Arsenal"ın gənc yarımmüdafiəçisi Türkiyə klubuna keçə bilər
"Arsenal"ın gənc yarımmüdafiəçisi Türkiyə klubunun diqqət mərkəzinə düşüb.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "Qalatasaray" klubu yarımmüdafiə xətti üçün Emili Smit Rovu transfer etmək istəyir.
"Arsenal"da bu mövsüm forma geyinmə şansı əldə edə biləməyən gənc futbolçu komanda rəsmiləri ilə görüşərək əsas heyətdə yer ala biləcəyi kluba transfer olmaq istədiyini bildirib. "Sarı-qırmızlar" isə Emili Smit Rovla görüşmələrə başalayacaqlarını deyiblər.
Qeyd edək ki, Emili Smit Rov "Arsenal" klubunun futbol akademiyasının yetirməsidir.