"Arsenal"ın keçmiş futbolçusu xəstəxanaya yerləşdirilib
"Arsenal" klubunun keçmiş futbolçusu təcili olaraq xəstəxanaya yerləşdirilib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İsveç millisinin də keçmiş futbolçusu olan Kristoffer Olsson daha öncə beynində rak aşkarlandığı üçün karyerasını bitirmişdi.
Kristoffer Olsonun ötən gecə vəziyyəinin ciddiləşdiyi və təcili olaraq xəstəxanaya yerləşdirildiyi deyilib.
Qeyd edək ki, Kristoffer Olsson daha öncə İsveç millisi ilə 47 oyunda meydana çıxıb və karyerasına Danimarka klublarında ticarət məsələləri ilə bağlı vəzifədə işə başlayıb.