Artetadan Messiyə dəstək
"Arsenal"ınçalışdırıcı Mikel Arteta Lionel Messinin "Qızıl top"u qazanmasından danışıb.
Sportline.az "Arsenal"ın mətbuat xidmətinə istinadla xəbər verir ki, Arteta bu qərarı ədalətli sayıb.
“Söhbət Messidən gedirsə, bu qərar səhv ola bilməz. O, dünya çempionatını qazandı, onun yaşında bu qələbə onun karyerasının zirvəsidir. Hamı bunu gözləyirdi, bu, inanılmazdır. Onun nümayiş etdirdiyi sabitlik, dünya futbolunu hansı səviyyəyə çatdırması təqdirəlayiqdir” - deyə Arteta bildirib.