"Arzum Misiri tərk etmək idi"
“Rostov” klubunun yeni futbolçusu və Rusiya Premyer Liqasını ilk misirlisi Eyad Əl-Əskalani Rusiyada oynamaq həvəsindən danışıb. Futbolçunun sözlərinə görə, Misiri tərk etmək onun arzusu olub.
Sportline.az xəbər verir ki, Əl-Əskalani “Sport-Eskpress”ə verdiyi müsahibədə bu fikirləri səsləndirib.
“Ola bilsin ki “Rostov”da uzun illər keçirdim. Əgər klub mənə görə yaxşı bir liqadan təklif alsa, o halda buranı tərk edərəm. Bilirəm ki, “Rostov”dan uşaqlar İtaliyaya qədər gediblər. Bu mənim üçün stimuldur. Əvvəlcə mənim arzum Misiri tərk etmək idi. Və budur mən Rusiyadayam. İndi burada özümü göstərməyi, klubla uğurlar qazanmağı arzu edirəm. Sonrasına isə baxarıq. Ola bilər ki,”Rostov” mənim üçün də Avropaya açılan pəncərə olsun”, - deyə futbolçu düşüncələrini bölüşüb.
Qeyd edək ki, 19 yaşlı müdafiəçi “Rostov”a Misirin “İsmaili” klubundan transfer olunub.