Asiman Qurbanlı: "Vətənə qızıl medalla dönmək əzmindəyəm"
"Avropa oyunlarına ciddi hazırlaşırıq. Polşada da ən yüksək nəticə üçün yollanacağıq"
Bunu Sportline.az-a açıqlamasında karate üzrə seçmə komandamızın üzvü Asiman Qurbanlı deyib: "Bundan əvvəlki Avropa oyunlarının qalibiyəm. Polşa sınaqlarında da etimadı doğrultmaq əzmindədyəm. Budəfəki yarışda da bayrağımızı ucaldıb, himnimizi səsləndirməyə çalışacağam".
Qeyd edək ki, karate komandamız iyunun 21-də start veriləcək 3-cü Avropa oyunlarında 8 idmançı ilə təmsil olunacaq.
Kişilərdən Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev və Asiman Qurbanlı, qadınlardan isə Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zarteska, və Fəridə Əliyeva etimadı doğrultmağa çalışacaq.