Asiya kubokunda yarımfinal həyəcanı başlanır
Qətərdə keçirilən Asiya kubokunun yarımfinal mərhələsi bugün keçiriləcək 1 qarşılaşma ilə start götürəcək.
Sportline.az xəbər verir ki, maraqla gözlənilən oyunda İordaniya ilə Cənubi Koreya seçmələri münasiətləri aydınlaşdıracaqlar.
Əl Rəyyan şəhərində baş tutacaq görüşün start fiti saat 19 00 da səslənəcək.
Rəqiblər turnirin E qrupunda mübarizə aparıblar. Qrup mərhələsində keçirilən oyun 2-2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, yarımfinalın digər oyunu sabah Qətər və İran milliləri arasında olacaq.
Paytaxt Dohada keçiriləcək matc saat 19 00 da başlanacaq.