Aspilikuetadan Simeoneyə tərif
“Simeone hər gün oyunçulardan çox şey tələb edir".
Sportline.az "Marca"ya istinadla xəbər verir ki, bunu "Atletiko Madrid"in müdafiəçisi Sezar Aspilikueta baş məşqçi Dieqo Simeonenin tələbləri barədə danışarkən deyib.
"O, hər məşqdə stabillik görmək istəyir. Bu yanaşmanı bəyənirəm, çünki bütün həftə yarımçıq məşq edib, sonra həftə sonu çıxıb, yaxşı performans göstərə bilməzsən. Məşq zamanı da matçlar zamanı olduğu kimi əlinizdən gələni etməlisiniz”, - deyə Aspilikueta bildirib.
Qeyd edək ki, “Atletiko” 31 xalla ilk üçlüyü tamamlayır.