Astara beynəlxalq basketbol yarışına ev sahibliyi edəcək

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının oyunları Astarada keçiriləcək.

Azərbaycan Basketbol Federasiyasından Sportline.az saytına verilən məlumata görə, mayın 20-də başlayacaq turnir iki gün davam edəcək.

Yarışda Azərbaycan yığması ilə yanaşı Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya milliləri də mübarizə aparacaqlar. Bundan əlavə, Çinin "Yuanda" və yerli "Neftçi" klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaq.

Qeyd edək ki, FİBA tərəfindən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında milli komandalarla yanaşı klubların da iştirak etməsinə icazə verilir.