"Aston Villa" fransalı futbolçu ilə bağlı qərar verib

"Aston Villa" fransalı futbolçusu Boubakar Kamaraya yeni müqavilə təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda "Telegraph" nəşri məlumat yayıb.

25 yaşlı futbolçu bu təklifə müsbət cavab verib.

Qeyd edək ki, Kamaranın "Aston Villa" ilə hazır ki müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm 29 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.