"Aston Villa"dan "Roma"ya
"Aston Villa"nın niderlandlı hücumçusu Donyel Malen icarə əsasında "Roma"ya keçəcək.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Filippo Biafora məlumat yayıb.
26 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 29 matçda 7 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, D.Malenin dəyəri 25 milyon avrodur.