"Atalanta" - "Arsenal": Düşərgələrdəki son durum

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri İtaliyada gözlənilir.

Avropa Liqasının son qalibi “Atalanta” evdə “Arsenal”ı qəbul edəcək. Heyyətlərə nəzər saldıqda hər iki tərəfdə ciddi itkilərin olduğunu görürük.

Meydan sahiblərində əsas itkilər Ben Qodfrey, Rafael Toloi və Canluka Skamakkanın adı ilə bağlıdır.

Topçularda isə klubun kapitanı Martin Odeqard, Oleksander Zinçenko, Mikel Merino, Tomiyasu və Kiran Tirni matçı kənardan izləyəcək.

Fransalı hakim Klemen Turpenin idarə edəcəyi oyun Bakı vaxtı ilə 23:00-da başlanacaq.