"Atalanta"da ayrılıq yaşana bilər
"Atalanta"nın italiyalı qapıçısı Marko Karnesekki bu yay klubdan ayrıla bilər.
Sportline.az jurnalist Alfredo Pedullanın məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Karnesekkini transfer etmək üçün hərəkətə keçib.
24 yaşlı kiperin transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, Karnesekki bu mövsüm çıxış etdiyi 44 matçda qapısında 45 top görüb.