"Atalanta"nın futbolçusunun vəziyyəti ağırdır

“Atalanta”nın futbolçusu Andrea Rinaldi xəstəxanaya yerləşdirilib.

Sportline.az “Footbal İtalia”ya istinadən xəbər verir ki , 19 yaşlı yarımmüdafiəçiyə beyin anevrizması diaqnozu qoyulub. O, intensiv terapiya palatasına yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

Daha öncə KİV-də Andreanın dünyasını dəyişməsi haqda xəbərlər yayılsa da, məlumat təkzib edilib.

O, bu mövsüm icarə qaydasında D seriyasında yarışan “Lenyano” komandasında çıxış edib.

Banner