“Atletiko Madrid” ciddi itki ilə üzləşib

"Atletiko Madrid"in ulduz futbolçusu zədələnib.

Sportline.az xəbər verir ki, "Atletiko Madrid"in ulduz futbolçusu Alvaro Morata "Sevikya" ilə matçda ciddi zədə alıb.

İspaniyalı hücumçu matçın 46-cı dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Klubun həkimləri isə Moratanın sağlamlığı ilə bağlı açıqlamanı daha sonra verəcəklərini bildiriblər.

Qeyd edək ki, görüş "Sevilya"nın 1-0 hesablı qələbəsi ilə başa çatıb.