AVRO: 1/2 və finalın topları təqdim olundu

AVRO-2020-nin 1/2 və final oyunlarında istifadə olunacaq top təqdim olunub.

Sportline.az xəbər verir ki, topun tanıtımını istehsalçı “Adidas” firması edib.

Bununla Londondakı “Uembli” stadionunda iyulun 6-7-də keçiriləcək yarımfinal və 11-də baş tutacaq final qarşılaşmasında istifadəyə veriləcək fərqli dizaynda top müəyyənləşib.

Qeyd edək ki, yarımfinalda İtaliya İspaniya ilə, İngiltərə də Danimarka ilə münasibətləri aydınlaşdıracaq.