AVRO 2020: İtaliya İspaniya səddini aşıb finala yüksəldi

Avro-2020-də yarımfinal mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnirin əsas favoritlərindən İtaliya İspaniya ilə qarşılaşıb. "Uembli" stadionunda keçirilən və almaniyalı FİFA referisi Feliks Brixin idarə etdiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. İtaliya penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər görüşündə İngiltərə və Danimarka yığmaları qarşılaşacaq. Bu oyun sabah keçiriləcək.

6 iyul

Avro-2020, yarımfinal

23:00. İtaliya - İspaniya - 1:1 (Penaltilər seriyası - 4:2)
Qollar: 
Kyeza, 60 (1:0), Morata, 80 (1:1)
Baş hakim: Feliks Brix (Almaniya)
London, "Uembli" stadionu

Penaltilər seriyası

İtaliya:    -++++
İspaniya: -++-