AVRO-2020: İtaliya fanatları finaldan kənarda
İtaliyalı azarkeşlər Avro-2020-nin final oyunundan kənar qala bilərlər.
Sportline.az xəbər verir ki, Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps italyan fanatların koronavirusla bağlı Londona səfər etməmələrini istəyib. O bildirib ki, italiyalı fanatların sırf futbolla əlaqədar səyahət etdiklərini öyrənsələr, onların ölkəyə buraxılmasına icazə verilməyəcək. Şapps futbolla əlaqədar bir çox təyyarə resylərinin ləğv olunduğunu da bildirib.
Qeyd edək ki, İngiltərə hökuməti İtaliyadan gələnlər üçün 10 günlük karantin qaydası tətbiq edir.
İtaliya - İngiltərə görüşü iyulun 11-də Londonun “Uembli” stadionunda keçiriləcək.