AVRO 2020: Nazim Süleymanovdan final proqnozu: "Bu fürsəti əldən vermək istəməzlər"

Bu gün Avropa çempionatının final görüşü keçiriləcək.

Sportline.az saytına danışan veteran futbolçumuz Nazim Süleymanov həlledici görüşlə bağlı fikirlərini bölüşüb:

"Əvvəlcə, yarımfinallardan danışmaq istərdim. İngiltərə millisi yaxşı oyun sərgiləsə də, danimarkalıların haqqı yeyildi. Olmayan penaltini verib haqsızlıq etdilər. Nəticədə ingilislər finala çıxdılar.

Yarımfinalın digər matçında isə ispanlar İtaliya seçməsilə bacarmadılar. İspaniyada bitiricilik yox idi sanki.

Nəticədə finala İtaliya və İngiltərə yüksəldi. Maraqlı görüş olacaq. Mən ingilislərin şansını daha yüksək qiymətləndirirəm. Uzun müddətdən sonra belə imkan əldə ediblər. Bir qələbə ilə çempion ola bilərlər. Bu fürsəti əldən vermək istəməzlər".