Avropa çempionatı: 1/4 finalçılar müəyyənləşib
İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında 1/4 finalçılar müəyyənləşib.
Sportline.az xəbər verir ki, cütlərin tərkibi qrup mərhələsinin yekununda bəlli olub.
Beləliklə, 20 - 23 iyulda İngiltərə - İspaniya, İsveç - Belçika, Almaniya - Avstriya və Fransa - Niderland görüşləri keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatı iyulun 31-dək davam edəcək. Final görüşü Londondakı "Uembli" stadionunda olacaq.