Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Sportline.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Əliyev 1/4 finalda almaniyalı Horst Lerə uduzub.

65 kq-dakı Zirəddin Bayramov ardıcıl olaraq bolqar Stilyan İliyevi və türkiyəli Hamza Alacanı məğlub edib. O, finala gedən yolda fransalı Marvan Ahmed Yezza ilə görüşəcək.

70 kq-dakı Murad Yevloyev 1/8 finalda isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən üstələsə də, bolqar İvan Stoyanovun müqavimətini qıra bilməyib. Əşrəf Aşırov (79 kq) ilk qarşılaşmasında gürcü Evsem Şvelidzeyə yenilib.

İslam İlyasov (97 kq) ilk görüşdə gürcü Riveri Mitsituriyə qalib gələrək yarımfinalda macar Riçard Veqə rəqib olub.