Avropa çempionatı: Millimiz mübarizəni dayandırdı

Qadın voleybolçular arasında keçirilən Avropa çempionatı davam edir.
 
Sportline.az xəbər verir ki, Azərbaycan yığması bu gün 1/8 finalda Bolqarıstanla üz-üzə gəlib. Görüş boqararın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız qitə birinciliyi ilə  vidalaşıb.

Qeyd edək ki, Hollandiya, Xorvatiya, Macarıstan, Rumıniya və Estoniya ilə mübarizə aparan komandamız qrup ikincisi kimi 1/8 finala yüksəlmişdi.
 
Azərbaycan - Bolqarıstan - 0:3 (12:25, 16:25, 23:25)
Budapeşt. "Lasso Pappa" İdman Arenası. Hakimlər. Mixail Timelis (Yunanıstan), Filip Şürmann (Lixtenşteyn).