Avropa çempionumuz başqa növdə yarışacaq
Üç təkanla tullanma üzrə Avropa çempionu Nazim Babayev bundan sonra atletikanın digər növündə bacarığını göstərəcək.
Bu haqda Sportline.az saytına məlumat verən təcrübəli idmançı zədə səbəbindən belə qərar qəbul etdiyini bildirib.
Fəqərəsində yırtıq aşkarlanan atlet daha az travmatik növ sayılan uzununa tullanma yarışlarında mübarizə aparacaq.
Bir müddət zədəsinin müalicəsi ilə məşğul olduğunu deyən Nazim Babayev artıq məşqlərə başlayıb.
Avropa çempionu, iyunun 21-də Polşanın Krakov şəhərində start veriləcək Avropa oyunlarında yeni növdə etimadı doğrultmağa çalışacaq.