Avropa klubları türkiyəli futbolçunu istəyir
Avropa klubları türkiyəli futbolçunun transferində maraqlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Beşiktaş"ın formasını geyinən 18 yaşlı hücumçu Semih Kılıçsoy karyerasını Almaniyada davam etdirə bilər.
"Beşiktaş" rəsmiləri "Borussiya Dortmund" və "Leyptsiq" klublarının təklif göndərdiyini bildiriblər.
Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm çıxdığı 23 oyunda 10 qol, 1 asistlə yadda qalıb.