Avropa Liqası: "Qarabağ" "Molde"yə qalib gəldi

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda I turda Bakıda Norveç "Molde"si ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayıb.

UEFA Avropa Liqası, qrup mərhələsi

I tur

20:45. "Qarabağ" - "Molde" (Norveç) 1:0
Qol: Lenadro Andrade, 56

Baş hakim: Con Biton (Şotlandiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.