Avropa Liqası: "Qarabağ” “Braqa”ya qalib gəldi

"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

15 fevral

"Braqa" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) 2:4

Qollar:Simon Banza, 45, Joao Moutinyo, 90+1 - Marko Yankoviç, 21 (pen), Abdullah Zubir, 54, 69, Juninyo, 67

Baş hakim: Morten Kroq (Danimarka).

Braqa, "Estadio Municipal de Braga".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.