Avropa Liqasında 1/4 finalın püşkü atıldı

UEFA Avropa Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, 1/8 finalda “Qarabağ”ı üstələyən “Bayer Leverkuzen” "Vest Hem"ə rəqib olub.

1/4 final:

“Milan” (İtaliya) - “Roma” (İtaliya)

“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)

“Bayer Leverkuzen” (Almaniya) - “Vest Hem” (İngiltərə)

“Benfika” (Portuqaliya) - “Olimpik Marsel” (Fransa)

Yarımfinal:

“Benfika” - “Olimpik Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi

“Milan” - “Roma” cütünün qalibi / “Bayer Leverkuzen” - “Vest Hem”

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.