Avropa Liqasında oyunun məkanı dəyişdirilib
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun “Makkabi” (Hayfa, İsrail) – “Renn” (Fransa) matçının məkanını dəyişdirilib.
Sportline.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşma Belqrad şəhərindən Budapeştə keçirilib.
Buna Serbiya paytaxtındakı Rajko Mitic stadionunun əlçatan olmaması səbəb göstərilib.
Qeyd edək ki, “Makkabi” – “Renn” matçı noyabrın 30-da “Puşkas Arena”da, boş tribunalar önündə olacaq.