Avstraliya geri çəkildi

Avstraliya Futbol Federasiyası 2034-cü il Dünya çempionatının təşkili iddiasından əl çəkib.

Sportline.az xəbər verir ki, sözügedən ölkə bununla bağlı FİFA-ya müraciət etməmək qərarına gəlib.

Federasiyanın rəsmi saytında yayılan bəyanatda "Biz Dünya çempionatı üçün müraciət etmək imkanlarını araşdırdıq və bütün amilləri nəzərə alaraq, 2034-cü il mundialının təşkili ilə bağlı müraciət etməməyi qərara aldıq", - deyə bildirilir. 

Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı DÇ-2034-ün təşkili üçün ərizə vermişdi.

Əlavə edək ki, 2026-ci il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.