"Ayaks" gənc futbolçusu ilə yeni müqavilə imzalayacaq
"Ayaks" gənc ulduzu ilə yeni müqavilə imzalayacaq.
Sportline.az xəbər verir ki, Niderland klubu 17 yaşlı müdafiəçi Corril Hatu ilə 2028-ci ilədək yeni müqavilə imzalayacaq.
"Arsenal" və digər Avropa klublarının diqqət mərkəzində olan futbolçu "Ayaks"da qalmaq istədiyini deyib.
Qeyd edək ki, Corril Hatu bu mövsüm "Ayaks" forması ilə çıxdığı 30 oyunda 1 qol, 3 asistlə yadda qalıb.