Azarkeşə 18 aylıq cəza

"Lion"la oyundan əvvəl insidentin daha bir təfərrüatı müyənnləşib.

Sportline.az "RMC Sport"a istinadla xəbər verir ki, "Marsel" azarkeşində oyundan öncə 28 tüstü bombası aşkar edilib. Daha sonra ona cəza kimi uzun müddət oyunlara gəlmək qadağan edilib.

Məhkəmədə "Marsel" azarkeşi günahını etiraf edib və 18 aylıq stadionlara giorişinə qadağa qoyulub.

Qeyd edək ki, oktyabrın 29-da stadiona gedən "Lion" avtobusuna maskalı azarkeşlər daşla hücum edib və "Lion"un baş məşqçisi Fabio Qrossonu yaralayıblar. Görüş isə təxirə salınıb.