Azərbaycan Basketbol Liqası: "Zirvə Astara" ardıcıl üçüncü qələbəsini qazanıb

Azərbaycan Basketbol Liqasında XXVII tura start verilib.

Sportline.az xəbər verir ki, açılış oyununda play-offdan kənarda qalmış "Neftçi" və "Zirvə Astara" komandaları üz-üzə gəliblər.

Görüş Şəhriyar Əsgərovun rəhbərlik etdiyi bölgə təmsilçisinin 103:90 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular "Neftçi"dən Zaur Quşanov (27 xal, 9 ribaund), "Zirvə Astara"dan isə Cerret Henderson (32 xal, 8 ribaund) olublar.

Qeyd edək ki, turun "Sərhədçi" - "Sabah", "Gəncə" - "NTD" və "Olimpik Şəki" - "AAAF Xırdalan" oyunları müvafiq olaraq, aprelin 20-si, 22-si və 23-də baş tutacaq