Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub.
Federasiyadan Sportline.az saytına verilən məlumata görə, turun sonuncu oyunu Astara Olimpiya İdman Kompleksində gerçəkləşib.
"Zirvə Astara BK" doğma azarkeşlər önündə paytaxt təmsilçisi "NTD BK"nı qəbul edib. Qarşılaşma Bakı komandasının 92:81 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, XI turun matçları 21, 24 və 25 dekabrda baş tutacaq.