Azərbaycan çempionatında 1/4 finalın ilk iştirakçıları müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.
Sportline.az Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, kişi şahmatçıların yarışında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Aydın Süleymanlı növbəti mərhələyə vəsiqə qazanıb.
1/8 final, cavab oyunları
Kişilər
Fərid Abbasov – Şəhriyar Məmmədyarov 0:1 (ümumi hesab 0:2)
Teymur Rəcəbov – Namiq Quliyev 0,5:0,5 (1,5:0,5)
Vüqar Rəsulov – Rauf Məmmədov 0:1 (0,5:1,5)
Aydın Süleymanlı – Riad Səmədov 0,5:0,5 (1,5:0,5)
Məhəmməd Muradlı – Nicat Məmmədov 0:1 (1:1)
Vasif Durarbəyli – Əhməd Əhmədzadə 0,5:0,5 (1:1)
Vüqar Əsədli – Eltac Səfərli 0,5:0,5 (1:1)
Misrətdin İsgəndərov – Nicat Abasov 0,5:0,5 (1:1)
Qadınlar
Lalə Hüseynova – Günay Məmmədzadə 1:0 (ümumi hesab 1:1)
Gövhər Beydullayeva – Səbinə Rzalı 1:0 (2:0)
Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva 0:1 (0:2)
Xanım Balacayeva – Ləman Hacıyeva 1:0 (2:0)
Mələk İsmayıl – Gülnar Məmmədova 0:1 (0:2)
Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova 0,5:0,5 (0,5:1,5)
Nərmin Kazımova – Türkan Məmmədyarova 0:1 (1:1)
Nərmin Abdinova – Səbinə İbrahimova 0:1 (0,5:1,5)
Bu gün Azərbaycan çempionatında tay-brek görüşləri baş tutacaq. Kişilərin yarışında Misrətdin İskəndərov - Nicat Abasov, Vasif Durarbəyli - Əhməd Əhmədzadə, Vüqar Əsədli - Eltac Səfərli və Məhəmməd Muradlı - Nicat Məmmədov arasında həlledici partiyalar oynanılacaq.
Qadınların çempionatında isə Lalə Hüseynova - Günay Məmmədzadə və Nərmin Kazımova - Türkan Məmmədyarova cütlüklərində mübarizəni davam etdirənlər bəlli olacaq.
Qeyd edək ki, 1/8 finalın ikinci oyun günündə rəmzi ilk gedişi əməkdar artist, “Bakılı Oğlanlar” ŞHK-nın üzvü, naşir Bəhram Bağırzadə edib.