Azərbaycan çempionatında VIII tur başlandı

Minifutbol üzrə Azərbaycan çempionatında VIII tur start götürüb.

Sportline.az xəbər verir ki, ilk gündə 4 oyun olub.

Çempionatın favoritləri “Zirə” və “Birbaşa Bakı” isə bu gün çıxış edəcək. “Zirə” “Real Bakı” ilə “Birbaşa Bakı” isə “Baku Fire” ilə üz-üzə gələcək.

Digər matçlarda “İnter” “Dinamo Gəncə”ni, “Aznur” da “Qalaxy Baku”nu sınağa çəkəcək.

Azərbaycan çempionatı

VIII tur

“Sumqayıt” – “Siyəzən” 6:2

“Abşeron” – “Veteran” 3:2

“Turan” – “Dirçəliş” 8:4

“Odlar Yurdu” – “Atəşgah Suraxanı” 5:4