Azərbaycan çempionatnın mükafatçıları müəyyənləşib

Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib.

Sportline.az xəbər verir ki, yarışın son günündə tay-brek görüşləri baş tutub.

Kişilərin mübarizəsində Rauf Məmmədov Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub.

Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.