Azərbaycan hakimləri Dünya Güləş Birliyinin diqqətində

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Sportline.az saytı xəbər verir ki, mötəbər yarışı idarə edənlər arasında 2 həmyerlimiz də yer alıb.

Bunlar 1 dərəcəli beynəlxalq hakimlər Hicran Şərifov və Tural Əliyevdir. Adı 2-ci çəkilər referi ilin əvvəlində yüksək dərəcəyə layiq görülüb. Hicran Şərifov isə 3 dəfə yay olimpiya oyunlarında ədaləti qoruyub.