Azərbaycan idmançıları üçün "Ironman"

Azərbaycanın idmançıları sentyabrın 17-də Italiyada keçiriləcək nüfuzlu “Ironman” turnirində iştirak edəcəklər.

Sportline.az xəbər verir ki, Emilia-Romanyada keçiriləcək yarışda 14 nümayəndəmiz çıxış edəcək. Onların arasında “Triterra” klubunun triatlonçuları Fəxri Əkbərov, Fərid Fərhadzadə, İzzət Nəfiyev, Kamil Əliyev, Teymur Fərəcov, Adılya Süleymanova, Rəbiyyə Orucova, Marina Belan və Bəhruz Nağıyev. Turnirdə klubun məşqçisi Aleksandr Mordasov da mübarizə aparacaq.

Onlardan başqa İtaliyada Səbuhi Səfərov, Aleksandr Parxomovski, Altun Novruzov və Ülvi Aslanzadə də çıxış edəcəklər.

Banner