Azərbaycan karateçiləri Qırğızıstanda keçirilən beynəlxalq turnirində medallar qazanıblar
Azərbaycan karateçiləri Qırğızıstanın Bişkek şəhərindəki “Bishkek Open” beynəlxalq turnirində medallar qazanıblar.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, idman karatesi üzrə yığmanın üç üzvü fəxri kürsüyə qalxıb.
Kumite yarışlarında böyüklər arasında Aslan Dostuyev (67 kq) qızıl, 16-17 yaşlı gənclər arasında Rauf İmanov (61 kq) gümüş, Ömər Əliyev (30 kq) 10-11 yaşlı uşaqlar arasında bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, turnirdə 1000-ə yaxın idmançı iştirak edib.