Azərbaycan Kuboku: "Zirə" "Səbail"ə qalib gəldi, "Qarabağ" "Sabah"a aman vermədi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilir.

Sportline.az xəbər verir ki, günün ilk matçında "Səbail" və "Zirə" komandaları üz-üzə gələcək. Paytaxt təmsilçiləri indiyədək ölkə kubokunda 6 dəfə görüşüblər. Bunların 5-də "qartallar" qələbə qazanıbsa, bir qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində də "Zirə"nin aşkar üstünlüyü var - 12:3.

İkinci oyunda "Qarabağ" "Sabah"ın qonağı olacaq. Tərəflər bu vaxtadək bu turnirdə qarşılaşmayıblar.

Bu cütlərdə cavab matçları fevralın 8-də reallaşacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

30 yanvar

15:00. “Səbail” – “Zirə” 1-2

Qol: Aleksandr Ramalinqon, 70. Anas Hajah, 48. Ruan Renato, 59 (avtoqol)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ” 1-7

Qol: Sekidika, 63 - Hamidu Keyta, 21. Juninyo, 28, 45+3, 55. Zubir, 77, 90+3. Diakabi, 88
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bank Respublika Arena”

Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları yanvarın 31-də olacaq.