Azərbaycan kubokunun qalibi müəyyənləşib

"Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub.

Sportline.az xəbər verir ki, komanda final matçında “Baku Fire” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan görüşün əsas hissəsi 5:5 hesabı ilə yekunlaşdığından, komandalar əlavə vaxt oynayıblar.

Bu dəfə də qalib müəyyənləşməyib və penaltilər seriyası baş tutub.

Burada isə “Araz-Naxçıvan” rəqibini 5:4 hesabı ilə məğlub edib.