Azərbaycan liqasında bürünc medalçı müəyyənləşdi
Azərbaycan Basketbol Liqasında bürünc medalların sahibi bəlli olub.
Sportline.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda "AAAF Xırdalan"a qalib gələn NTD mükafata yiyələnib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşmaya üstün başlayan NTD basketbolçuları yekunda 100:79 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular qalib komandadan Londel Kinq (40 xal, 16 ribaund), məğlub tərəfdən isə Deymon Makdouel (36 xal, 5 ribaund) olublar.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının final oyunu "Sabah" və "Gəncə" klubları arasında olacaq.