Azərbaycan millisinin üç üzvü dopinq testə cəlb edildi
DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Norveç matçından sonra milli komandamızın üç üzvü dopinq testə cəlb edilib. SportLine.az xəbər verir ki, bunlar qapıçı Kamran Ağayev, kapitan Rəşad Sadıqov və yeganə qolun müəllifi Maksim Medvedevdir.
Qeyd edək ki, adətən qarşılaşmanın ən yaxşı oyunçuları belə testdən keçirlər.