Azərbaycan Norveçi əliboş yola saldı
Bu gün DÇ-2018-in Avropa zonası üzrə təsnifat mərhələsində 2-ci tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə Azərbaycan millisi Norveçi qəbul edib.
San-Marino səfərindən 3 xalla dönən Robert Prosineçkinin komandası uğurlu startın ardını gətirmək niyyətində idi. Norveç isə ilk xalını Bakıda qazanmaq istəyirdi.
Qarşılaşma seçməmiz üçün yaxşı başlayıb. 11-ci dəqiqədə Maksim Medvedev qonaqları mərkəzə dəvət edib. Qalan vaxtda təşəbbüsü ələ alan Skandinavlar bir neçə dəfə qapımız ağzında təhlükəli vəziyyət yaratsa da, vəziyyəti dəyişmək mümkün olmayıb - 1:0. Azərbaycan millisi təsnifat mərhələsində keçirdiyi ikinci görüşündə də qələbə qazanıb.
08 oktyabr 2016
DÇ-2018, təsnifat mərhələsi
2-ci tur
Azərbaycan - Norveç - 1:0
QOL: Maksim Medvedev, 11 (1:0)
Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 8. Eddi İsrafilov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov. 7. Araz Abdullayev, 9. Namiq Ələsgərov, 11. Rauf Əliyev, 15. Ruslan Abışov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. Ramil Şeydayev. 22. Tərlan Quliyev
Norveç: 1. Rune Yarsteyn, 2. Haitam Aleesamo, 3. Even Hovland, 4. Stefan Strandberg, 7. Joşua Kinq, 10. Markus Henriksen, 15. Per Silyan Şelberd, 16. Yonas Svensson, 18. Ole Selnaes, 20. Adama Diomande, 21. Pal Andre Helland
Ehtiyat oyunçular: 12. Oryan Niland, 22. Andre Hansen, 5. Aleksandr Tetter, 6. Ruben Qabrielsen, 8. Stefan Yohansen, 9. Aleksandr Sorloth, 11. Tarik Elyounoussi, 13. Martun Samuelsen, 14. Vegar Hedenstad 17. Yonathan Parr, 19. Rubben Yttergard Yenssen, 20. Co İnge Berget