Azərbaycan-Qazaxıstan görüşündə 7 qol

Futzal üzrə milli komanda bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib.

Sportline.az xəbər verir ki, millimiz Qazaxıstan futzalçıları ilə görüşdə, 2:5  hesabı ilə uduzub. Komandamızın heyətində Thaqo Teles və Eduardo fərqlənib.

Qeyd edək ki, millimiz turnir çərçivəsində bundan əvvəl 2 oyun keçirmişdi. Rusiya seçməsinə 1:2 hesabıyla uduzan futzalçılarımız, İranla qollu bərabərə qalmışdı – 2:2. Komandamız bu nəticələrdən sonra turniri sonuncu - dördüncü pillədə başa vurub.