Azərbaycan - Şimali İrlandiya matçı bu stadionda oynanılacaq

DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan – Şimali İrlandiya matçının məkanı dəqiqləşib. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 10-da keçiriləcək qarşılaşma 8-ci km qəsəbə stadionunda baş tutacaq.

Görüş saat 20:00-da başlanacaq.