Azərbaycan Slovakiyaya qarşı

Bakıda, futzal üzrə DÇ-2020-nin seçmə mərhələ oyunlarına bu gün yekun vurulur.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin bu günkü rəqibi Slovakiya komandası olacaq. İlk iki turda müvafiq olaraq Moldova və Monteneqroya qalib gələn millimiz elit-raund mərhələsinə vəsiqəni təmin edib. Joze Alesionun komandası, elit-raunda qrup lideri kimi yollanmaq üçün Slovakiyaya qalib gəlməlidir.

20:00 Slovakiya – Azərbaycan
Bakı, Əl oyunları İdman sarayı

Qrupun digər oyunu:
17:00 Monteneqro – Moldova

Elit-raund mərhələsinin püşkatması noyabrın 7-də baş tutacaq.