Azərbaycanın 13 şahmatçısı şəxsi Avropa çempionatında iştirak edəcək
Azərbaycanın 13 şahmatçısı martın 15-26-sıaralığında Rumıniyanın Eferi-Nord şəhərində keçiriləcək şəxsi Avropa çempionatında mübarizə aparacaq.
Bu barədə Sportline.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Rumıniyada ölkəmizin adından Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Şahin Vəliyev və Ümid Aslanov çıxış edəcək.
Qeyd edək ki, Avropa çempionatında yüksək nəticə göstərəcək şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar. 11 turdan ibarət yarışın mükafat fondu 100 min avrodur.